Məşhurlarımıza 4 milyonluq dəvət gəlsə?.. - "Mənə təklif oldu, amma..."

00:22 - 10 Aprel 2024

Məşhurlarımıza 4 milyonluq dəvət gəlsə?.. -

Türkiyəli məşhur aktrisa Məryəm Üzərli Ər-Riyaddan olan bir ailə ilə 1 saatlıq şam yeməyindən 4 milyon lira (təxminən 212 min manat) əldə edib.

 

Manset.az əbər verir ki,Teleqraf.com-un əməkdaşı "Bu qayda Azərbaycanda tətbiq edilsə, nə qədər qonorar tələb edərsiniz?" sualı ilə məşhurlarımıza müraciət edib.

Cavabları təqdim edirik:

Xalq artisti Röya Ayxan: "Müğənninin işi səhnədə oxumaq, konsert verməkdir. Məni görmək istəyən konsertimə gəlsin".

Xalq artisti Faiq Ağayev: "İş ondadır ki, bu cür şam yeməkləri adətən xeyriyyə, qazanc məqsədi ilə edilir. Hansısa xeyriyyə kampaniyası olur. Təbii ki, Türkiyənin ərazi miqyasını və şou-biznesini nəzərə almalıyıq. Bizdə bu sistem tətbiq edilərsə, bu qiymət olmayacaq. Daha aşağı qiymət olacaq. Biz hazırda Azərbaycanda mövcud olmayan qayda haqqında danışırıq. Bunu da nəzərə alın. Belə bir təklif yoxdur ki, "ulduzlar"ımız da qiymət bildirsinlər. Xeyriyyə məqsədli şam yeməkləri isə nə qədər çox olarsa, bir o qədər yaxşı haldır".

"Avroviziya 2011"-in qalibi Nigar Camal: "Mənə bir neçə dəfə belə təklif olub. Şam yeməyinə və kofe içməyə dəvət ediblər. Mən qəbul etməmişəm".

Müğənni Nura Suri: "Bu haqda düşünməmişəm. Azərbaycanda belə bir hal yoxdur, bu, dünyada mövcuddur. Bilmirəm bizdə qəbul edilər, ya yox. Mövcud olmayan sistem haqqında fikir bildirə bilmərəm".


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin