Zeynep Bastıkın bu mahnısı rekord oldu

17:31 - 8 Aprel 2024

Zeynep Bastıkın bu mahnısı rekord oldu

Mabel Matiz-in "Lan" mahnısı ilə gündəmə gələn Zeynep Baştık onlayn musiqi platformasında Türkiyə üçün bir yenilik edib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 31 yaşlı müğənni Spotify Global 50 reytinqində 45-ci yerdə qərarlaşıb. 8 mart 2024-cü ildə Mabel Matiz-in "Lan" mahnısını çıxaran Zeynep Bastık, onlayn musiqi platforması Spotify-da gündəlik 2,5 milyon dinlənilən ilk Türk mahnısı olub.  Bundan əlavə, o, ilk qadın müğənni və Türkiyənin Spotify-da ən çox dinlənən müğənnisi olub.

Gerçekgündemdə yer alan xəbərə görə, türk mahnıları daha əvvəl müvafiq siyahıda yalnız 65-ə yüksəlmişdi.

Bildirilir ki, Bastık, Türkiyə Spotify-da aylıq 6 milyon dinləyiciyə çatan ilk qadın sənətçi olub.

Jalə

Manşet.az


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin