Goraboyda 19 yaşlı oğul anasını öldürdü

21:01 - 7 Aprel 2024

Goraboyda 19 yaşlı oğul anasını öldürdü

Goranboyda qadının qətli ilə bağı cinayət işi başlanıb.

 

Bu barədə Manset.az-a Goranboy rayon Prokurorluğundan bildirilib.

Aprelin 7-də saat 17 radələrində rayon sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Ş.Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin