"Mən indi Xalq artisti olmalıydım"

18:34 - 7 Aprel 2024

"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda".

 

Manset.az Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:

"Yuxusuz gecələrimə heyfslənirəm. Özümə heyfim gəlir. İnsan hər zaman gülüb-danışmır ki... Birdən tək oturub deyirsən ki, cavanlıq, gözəllik gedir. 2006-cı ildə Əməkdar artist olmuşam. Mən indi Xalq artisti olmalıyam. İstəyərdim Prezident təqaüdü alım. İstəyirəm ki, vaxt gedəndə uşaqlara möhtac olmayım".


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin