Məşhurlar oyunun qaydalarını pozdular, aparıcı 5 min manatlarını götürdü: “Mən hələ şokdayam...” – VİDEO

11:41 - 7 Aprel 2024

Məşhurlar oyunun qaydalarını pozdular, aparıcı 5 min manatlarını götürdü: “Mən hələ şokdayam...” – VİDEO

Əməkdar artistlər Elza Seyidcahan və Elşən Cəbrayılovun iştirak etdiyi “Düşən pullar” şousunda maraqlı anlar yaşanıb.

 

Manset.az xəbər verir ki, verilən suala bir neçə cavab variantı seçən məşhurlar həyəcandan oyunun qaydalarını unudublar. Onlar pulları bütün cavab variantları üzərində yerləşdiriblər.

Verilişin qaydalarına uyğun davranan aparıcı Şəhriyar Əbilov , sonuncu cavab variantının üzünə yerləşdirilən 5 min manatı itirdiklərini məşhurlara bildirib.

Buna baxmayaraq onlar suala düzgün cavab verərək 55 min manatla oyuna davam ediblər.

Videoda bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin