Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
16:49 - 17 Oktyabr 2021
Rusiyada uşaqların ölkədən çıxarılması qaydası dəyişib.
Manset.az xəbər verir ki, Rusiya Daxili işlər Nazirliyinin oktyabrın 17-dən qüvvəyə minən əmrinə əsasən, valideynlər konkret ölkəni və müddəti göstərərək övladlarının ölkədən çıxışına qadağa qoya bilərlər, DiN isə digər valideyni həmin qadağa barədə xəbərdar edəcək.
İndi uşağın xaricə getməsi ilə razılaşmayan valideyn və ya qanuni nümayəndə, müəyyən bir ölkəyə, ölkələrə və ya ümumiyyətlə bütün ölkələrə, habelə müəyyən müddətlərdə və ya uşağın 18 yaşına çatana qədər səyahət etməsini qadağan edib-etmədiyini göstərə bilər. Əvvəlki qüvvədə olan qaydalara görə isə valideynlər uşağın ancaq aparıla biləcəyi ölkələri və müddəti göstərə bilirdi.
Sənəd həm də uşağın ölkədən çıxarılmasına razılıq verilməməsi ilə bağlı ərizənin geri götürülməsini də reqlamentə daxil edir. Bunun üçün DiN-in ərazi orqanına və ya vətəndaşın ərizə verdiyi digər instansiyaya müraciət etmək lazımdır. Yeni qaydalara əsasən, uşağın Rusiyadan çıxarılmasını qadağan edən valideyn və qanuni nümayəndəsi Rusiya vətəndaşı olduğu halda uşağı ölkə xaricinə çıxara bilər. Əgər valideynlər və qanuni nümayəndə əcnəbidirsə, uşaq ölkədən çıxa bilməz.
Qeyd edək ki, qeyri rəsmi məlumatlara görə, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin