Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
16:19 - 17 Oktyabr 2021
Müsəlmanların Həcc ziyarətinin mərkəzi olan Məkkə şəhərində, dünyanın ən böyük məscidi Əl-Haramda koronavirus pandemiyasının başlanmasından bu yana ilk dəfə sosial məsafə tədbirləri gözlənilmədən namaz qılınıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, məscid işçiləri tam hüquqlu xidmətlərin bərpası qərarına uyğun olaraq, dindarlar üçün müəyyən güzəştlər tətbiq ediblər. Məscidin döşəməsindən sosial məsafə ilə bağlı stikerlər çıxarılıb.
Hazırda Ümrə ziyarətini edən əcnəbiləri qəbuluna hazırlıq işləri başlayıb.
Buna rəğmən Səudiyyə Ərəbistanı hökuməti bəyan edib ki, məscidə gələnlər COVID-19 əleyhinə tam peyvənd edilməli və maska taxmalıdırlar. Bundan əlavə, əsas müsəlman ziyarətgahı olan Kəbəyə giriş məhduddur.
İyulda koronavirus məhdudiyyətləri səbəbindən ölkənin yalnız 60 min peyvənd edilmiş sakini Məkkəyə gələ bilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin