COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:07 - 5 Aprel 2024
Hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi mühüm yer tutur. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsinin birinci təməli isə ailədən başlayır. Valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi ilkin şərt olsa da, gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının özünəməxsus yeri var. Beləki, uşaqların mənəvi-fiziki inkişafında təhsilin rolu danılmazdır. Azərbaycanda gələcək nəslin, uşaqlarımızın fiziki, mənəvi inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir. Onların sağlamlığı, inkişafı, təhsili, hüquqlarının qorunması üçün dövlət ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirir. Uğurlu gənclər siyasəti gənclər qarşısında yeni perspektivlər açır və ölkənin etibarlı gələcəyini təmin edir.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri Tural İsmayılov bildirib ki, uşaqların vaxtından əvvəl sosial şəbəkələrdən istifadə etməsinin qarşısı alınmalıdır.
Tural İsmayılovun sözlərinə görə, primitiv məsələlərin, etik və əxlaqi keyfiyyətə sığmayan bəzi paylaşımların sosial şəbəkələrdən ayaq açıb yeriməsi və məsuliyyətsiz insanların bu platformalarda hər cür dəyərsizliyi trajlayıb manşet halına gətirməsi gənclərin dünyagörüşünə mənfi təsir göstərir:
“Təəssüflər olsun ki bu gün, sosial şəbəkələr dezinformasiyanın və "fake news"un əsas yayılma mənbələrindən birinə çevrilib. İndiki məqamda dünyanın heç bir ölkəsində inzibati resurslarla, sosial şəbəkələri və sosial şəbəkələrdən gələn təhdidləri dayandırmaq mümkün olmur. Bu baxımdan sosial şəbəkələrin bu qədər yalan və manipulyasiya məkanına çevrilməsi öz növbəsində gənclərin mənəvi inkişafına mənfi təsir göstərməsi ilə nəticələnir. Bu da öz növbəsində, faktiki olaraq gəncliyin sağlam yetişməsinin qarşısında bir əngəl yaradır. Əslində, bu gün uşaqların sosial şəbəkədən istifadəsi ilə bağlı maraqlı tendensiyalar var. Məsələn, bir neçə youtube kanalları, “TikTok” səhifələri var ki, orda sırf uşaqlar üçün animasiyalı nağıllar danışılır və ya maarifləndirici videolar təqdim olunur. Amma burda da mütləq böyük nəzarəti mütləqdir. Yəni uşaqlara müsbət təsir göstərəcək maarifləndirici və pozitiv sosial media hesabları açılırsa, bütün bu işlər, əlbəttə, mütləq şəkildə valideyn nəzarəti ilə həyata keçirilməlidir. Əks təqdirdə ”TikTok”, “Youtube”ni və ya hansısa sosial media platformalarını uşaqların əlinə verib, daha sonra onlardan hər hansı bir nəticə gözləmək olmaz. Uşaqları burda tək başına qoymaq nəticədə onların sosial şəbəkə vasitəsilə arzuolunmaz hesablara və paylaşımlara yönəlməsinə şərait yarada bilər”.
Tural İsmayılov qeyd edib ki, bu gün çox az ailə boşanma qərarı verərkən psixoloqlara və psixoterapevtlərə müraciət edir:
“Dağılan ailələr uşaqların bu cür hadisələrdən təsirlənməməsi üçün mütləq şəkildə mütəxəssislərdən məsləhət almalı, onların mənəvi və psixoloji travmalar yaşamasına mane olmalıdırlar. Ümumiyyətlə, normal boşanma özü də bir mədəniyyətdir. Anlaşmayan insanlar qeyri-sağlam ailəni davam etdirmək yerinə boşanmanı seçirlərsə, bundan sonrakı proseduru da nəzərə almalıdırlar. Boşanmadan sonra övladlara yanaşmada hansı addımların atılması mütləq şəkildə peşəkar mütəxəssislərlə müzakirə edilməlidir. Uşaq və gənclərimizi zərərli vərdişlərdən və qeyri-sağlam mühitlərdən qorumaq, həmçinin, uzaqlaşdırmaq üçün idman ənənələri xüsusi əhəmiyyətə malikdir. Azərbaycan özəlliklə, son 10-15 il ərzində böyük olimpia hətəkatına start verib. Bu gün demək olar ki, hər regionda olimpia kompleksləri tikilib. Bu gün dövlətimiz tərəfindən istər yerli, istər xarici idman yarışlarında, festivallarında qələbə qazanan və nailiyyətlər əldə edən gənclərimizə hər cür köməklik göstərilir. Onların bütün qayğıları öyrənilir, ehtiyacları ən yüksək səviyyədə təmin olunur. Əlbəttə ki, dövlətin bu gün idmanı belə təşfiq etməsi, idman yarışları və idman müsabiqələrinə dövlət tərəfindən dəstəyin olması gənclərin idmana yönəlməyinə və avtomatik olaraq idman vasitəsilə zərərli və pis vərdişlərdən uzaqlaşmasına səbəb olur”.
Əfsanə Rəcəb
6.3.19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin