Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı AÇIQLAMA

22:35 - 23 İyun 2021

Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı AÇIQLAMA

Rusiya donanmasının sərhəd patrul gəmisinin Qara dənizdə Böyük Britaniyanın “Defender” esminesinə atəş açması ilə bağlı Türkiyədən ilk açıqlama verilib.

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar danışıb.

Mövzu ilə bağlı həm Rusiya, həm də Böyük Britaniyadan açıqlama gəldiyini deyən nazir bu açıqlamaların fərqli olduğunu və araşdırıldığını bildirib.

Qeyd edilib ki, yaxın saatlarda mövzu daha aydın şəkildə bəlli olacaq.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin