“Qarabağ”ın sabiq futbolçusu karyerasını başa vurdu

21:34 - 4 Aprel 2024

“Qarabağ”ın sabiq futbolçusu karyerasını başa vurdu

“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını başa vurub. 

 

Manset.az  xəbər verr ki, bununla bağlı norveçli oyunçu özünün instaqram səhifəsində paylaşım edib.

O, legioner həyatı yaşadığı ölkələrin dilində təşəkkür edib və oynadığı müxtəlif klubların formasında fotolarını paylaşıb.

“Hər şeyin bir sonu var. Artıq geri çəkilmək vaxtım gəldi. Bu, xüsusi bir imtiyaz oldu. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram!”

Qeyd edək ki, 36 yaşlı sabiq futbolçu 2017/2018 mövsümündə “Olimpiakos”dan “Qarabağ”a icarəyə verilmişdi.



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin