Şakiranın yeni sevgisi

21:15 - 4 Aprel 2024

Şakiranın yeni sevgisi

Məşhur ispan futbolçu Xerard Pike ilə 11 illik münasibətinə son qoyan Şakira britaniyalı aktyor Lucien Laviscount ilə münasibətə başlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, onların eşqi, Şakiranın "Las Mujeres Ya No Lloran" (Qadınlar Artıq Ağlamaz) adlı yeni albomunu buraxdıqdan sonra videoda rol alan britaniyalı aktyor Lucien Laviscount başlayıb. 

Şakiranın dostları bildirir ki,  Laviscountun əvvəlki münasibətlərində qadınlardan öz maraqları üçün istifadə etməsindən və onun da Şakiranı eyni şəkildə istifadə edə biləcəyindən narahatdırlar. 

Onlar video çəkilişdən sonra ikili Nyu-Yorkda bir italyan restoranında romantik şam yeməyi yeyərkən görüntülənib.

Qeyd edək ki, Şakiranın Jerar Pike ilə münasibətindən 11 yaşlı Milan və 9 yaşlı Saşa adlı iki övladı var.

Jalə

Manşet.az


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin