Millimiz Şimali Makedoniyaya uduzdu

21:50 - 3 Aprel 2024

Millimiz Şimali Makedoniyaya uduzdu

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

 

Manset.az  xəbər verir ki, 5-ci qrupda yer alan komanda bu gün 5-ci tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.

Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 6 xalla ikincidir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin