"Özümə heyifim gəlir, istəyirəm ki, zamanında giymətləndirilim" - VİDEO

07:00 - 4 Aprel 2024

"Hərdən mənim özümə heyifim gəlir. Özü də çox gəlir... Deyirlər ki, gülənin min, ağlayanın bir dərdi olar. İnsan tək oturanda düşünür ki, cavanlığı, gözəlliyi gedib, yorulur və oturan vaxtı çatır. Heyifslənirsən ki, axı vaxtında niyə başqa nailiyyətlərlə səni təltif etməyiblər".

 

Manset.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu "7 tamam" verilişində deyib.

Sənətçi dövlət tərəfindən "Xalq artisti" və "Prezident təqaüdü"nə layiq görülmək arzusunu dilə gətirib:

"Sənət barəsində... Misal üçün mən hazırda "Əməkdar artist" fəxri adını daşıyıram. Bu adı isə 2006-cı ildə almışam. İndı artıq "Xalq artisti" adını almalıyam.

Yaşımın "oturuşan" vaxtında, demirəm əldən düşmüşəm, həyatı başa düşən zamanında istərdim ki, "Prezident təqaüdünü" alım. Bilim ki, mənim uşaqlarımdan asılacağım olmayacaq. Gözləməyəcəyəm ki, mənə kimsə çörək versin. İstərdim ki, zamanında məni qiymətləndirsinlər".


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin