NATO-nun yüksək rütbəli rəsmisi Bakıya gələcək

20:14 - 16 Oktyabr 2021 - DÜNYA

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.

Manset.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində məlumat paylaşıb.

“Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, - ispaniyalı diplomat yazıb.


Loading...

Xəbər xətti

30 Noyabr 2021