Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
22:00 - 23 İyun 2021
Bir müddət əvvəl sosial şəbəkələrdə süpürgəçi işləyən qadının işdən çıxarılması və bu səbəbdən də kirayə qaldığı mənzilin pulunu ödəyə bilməməsi ilə bağlı məlumat paylaşılmışdı.
Bildirilirdi ki, şəkər xəstəliyindən əziyyət çəkən qadının həyat yoldaşı vəfat edib, bacısını isə yol süpürən zaman maşın vuraraq öldürüb.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə yerləşdirilməsi üçün kömək istəyirdi.
Manset.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayaraq bildirib ki, həmin şəxslə bağlı məsələ agentlik tərəfindən nəzarətə götürülüb və araşdırılıb:
“Arzu xanım artıq agentliyin müvafiq müəssisəsinə yerləşdirilib. Burada onunla bağlı lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin