Markın həyat yoldaşı ilə qeyri - adi Tanışlığı

18:15 - 16 Oktyabr 2021

Markın həyat yoldaşı ilə qeyri - adi Tanışlığı

Facebook-un yaradıcısı, gənc milyarder Mark Zukerberq və həyat yoldaşı Prisilla Çan maraqlı tanışlıq hekayəsi ilə gündəmə gəliblər.

 

Manset.az baku.ws-ə istinadən xəbər verir ki, cütlük tələbələr üçün təşkil edilən məclislərdən birində tualetdə növbə gözləyərkən tanış olub.

Sözügedən məclisdə Markın əlində tutduğu pivə bakalının üzərində sadəcə İT mütəxsəssislərin anlaya biləcəyi yazı qeyd olunub. Lakin bu yazı onun həyat yoldaşının diqqətini çəkir və o, gülməyə başlayır. Onun yazını anlaması Markı təəccübləndirir. Maraqlarının da üst-üstə düşdüyünü görən cütlük daha sonra sevgili olur. 

Onlar 2012-ci ildə məzun gününü qeyd etmək adı ilə bütün tələbə yoldaşlarını bir yerə yığaraq məclis təşkil edirlər. Lakin qonaqlar Mark və Prisillanı gəlin, bəy kostyumunda gördükdən sonra bunun toy olduğunu anlayırlar.

Çanın ilk hamiləliyi uğursuz olur və o, övladını itirir. 2015-ci ildə isə cütlüyün Maks adlı qızı dünyaya gəlir.



Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin