Maliyyə Nazirliyi də artımlarla bağlı işlərə başladı

17:56 - 16 Oktyabr 2021

Maliyyə Nazirliyi də artımlarla bağlı işlərə başladı

Əməkhaqları, pensiya və müavinətlərin artırılmasının gələn ilin dövlət büdcəsində əks etdirilməsi üçün işlərə başlanılıb.

Manşet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev Feysbukda məlumat paylaşıb.

O bildirib ki, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb:

“Bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir.

Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Nazirlər Kabinetinə təqdim olunacaq”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin