NATO-nun yüksək rütbəli rəsmisi Bakıya gələcək

17:45 - 16 Oktyabr 2021

NATO-nun yüksək rütbəli rəsmisi Bakıya gələcək

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.

Manşet.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində məlumat paylaşıb.

"Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, - ispaniyalı diplomat yazıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin