"Keşlə" "Səbail"i məğlub etdi

17:12 - 16 Oktyabr 2021

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Manşet.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Keşlə"ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.

68-ci dəqiqədə Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq "Keşlə"ni önə keçirib. 3 dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. 81-ci dəqiqədə isə Anatole Abanq komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Keşlə" "Sumqayıt"la birlikdə 5-6-cı yerləri bölüşdürür. "Dənizçilər" isə 6 xalla 7-ci sıradadır.

Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin