İnsan hüquqları və siyasi mədəniyyət

10:13 - 29 Mart 2024

İnsan hüquqları və siyasi mədəniyyət

Demokratik proseslərin və milli inkişafın, ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi müasir dünyaya qovuşmağın əsas yoludur. İnsan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək çox vacibdir. Məhz sosial və siyasi mədəniyyətin inkişafı milli birliyi möhkəmləndirir. Bu məsələdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, həmçinin, siyasi partiyaların və vətəndaşların da üzərinə məsuliyyət düşür. Çünki bu birlik təbii olaraq xalq və dövlət münasibətlərinə müsbət təsir göstərir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyasının bütöv bir fəsli insan hüquqlarına həsr olunub. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılıb. 

 

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında hüquq müdafiəçisi, “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Novella Cəfəroğlu bildirib ki, vətəndaşların çox hissəsi artıq illərlə aparılan maarifləndirmə sayəsində öz hüquqlarını çox gözəl bilirlər və özləri öz hüquqlarını qorumağa çalışırlar.

Novella Cəfəroğlu Naxçıvandakı vəziyyətdən danışdı • Cumhuriyyət
  
Novella Cəfəroğlunun sözlərinə görə, hökumət hüquq sistemində mütləq reformalar aparmalı və məhkəmələrdə ədalətli qərar çıxartmayan məhkəmə sədrlərini cəzalandırmalıdır: 

“Amma bizə yüzlərlə sadə vətəndaşlardan, hüquqları pozulan şəxslər müraciət edir. Bəs onların hüquqlarını kim qoruyacaq? Ona görə də biz bütün hüquq müdafiə təşkilatlarını ədalətli məhkəmələr uğrunda birgə işə başlamağa, qanunda olan bəzi boşluqların dəyişilməsi, beynəlxalq hüquq normalarına istinad edərək bu məsələləri birgə hökumətə göndərib və onların icrasını tələb etməyə dəvət edirik. Yoxsa, hər bir təşkilat özünə bir siyahı düzəldib, birində 30 nəfər, digərində 200-dən artıq insanın adı var. Bundan qurtulmaq və ədalətli hüquq sistemi uğrunda mübarizə aparmaq lazımdır. Məhkəmələrdə ədalətli qərar çıxartmayan məhkəmə sədrləri cəzalandırılmalıdır. Bunu nə üçün deyirəm, çünki Avropa Məhkəməsi burada çıxan qərarlara mənfi cavab verir və hökumət onun müqabilində məhkum olanlara xeyli miqdarda pul ödəməli olur. Amma heç bir qərar çıxaran məhkəmə sədri cəzalandırılmır”. 

Novella Cəfəroğlu qeyd edib ki, vətəndaş cəmiyyətinin rolunu artırmaqdan ötrü onun nümayəndələrinə dəyər verilməlidir: 

“Biz görürük ki, regionlarda hüquq təşkilatları yaradılıb. Bunların hamısı vətəndaş cəmiyyətinin regionlarda mütəmadi seminarlar keçirtməsi, televiziya, sayt və qəzetlərin bu mövzu haqqında mütəmadi yazılar yazması və verilişlər hazırlaması sayəsində baş verib. QHT-lər həmişə öz işlərində insan haqlarını birinci yerə qoyurlar. Çünki hansı sahədə işləyirlərsə hamısı insan haqlarının qorunması ilə bağlıdır. Təbiəti qorumaq, qadınların haqlarını müdafiə etmək və onlara daha çox səlahiyyət vermək, həmçinin, təhsil, secki, narkomaniya və bir çox sahələr, hamısı insan haqlarına köklənir. 
Sadəcə olaraq vətəndaş cəmiyyətərinə üç aylıq yox, bir illik vəsait ayrılmalıdır ki, onlar öz işlərini mükəmməl görsünlər. Bunun üçün Agentliyin büdcəsi artırılmalıdır. Vətəndaş cəmiyyətində işləyən hər kəs bunun onlara verdiyi səlahiyyətdən istifadə edərək vətəndaşların hüquqlarını qorumağı bacarmalıdır. Regionlarda hüquq mərkəzləri açılmalı, məsələn, dörd regionun bir hüquq mərkəzi olmalıdır. Bu çox vacibdir ki, camaat öz dərdini, problemini gedib deyə bilsin”. 

Əfsanə Rəcəb

6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin