Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır

15:17 - 16 Oktyabr 2021

Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır

Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlaması tapşırılıb.

Manşet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamında əksini tapıb.

Nazirlər Kabineti təklifləri Azərbaycan Prezidentinə təqdim edəcək.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin