Masallıda avtomobil aşdı - Yaralılar var

15:15 - 31 Mart 2024

Masallıda avtomobil aşdı - Yaralılar var

Masallıda minik maşını aşıb, 3 nəfər xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Alvadı kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarına aşıb, ərazidəki transformatoru zədələyib. Qəza nəticəsində 3 nəfər Cəlilabad rayon sakinləri - 2002-ci il təvəllüdlü Əsgər Rasim oğlu Dövlətov, 2002-ci il təvəllüdlü Rahul Əziz oğlu Nəzərov və 2002-ci il təvəllüdlü Şəhanə Əsgər qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ə.Dövlətov və R.Nəzərova ilkin tibbi yardım göstərilib, hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Ş.Əliyevaya sağ sairin, bazunun 1/3 hissəninin yerdəyişən sınığı və kəllə-beyin travması diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin