Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
11:42 - 31 Mart 2024
Xalq artisti Könül Xasıyevanın adından dələduzluq edilib.
Manset.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda sosial media hesabında paylaşıb. O, konsertinə dəstək məqsədi ilə bəzi şəxslərdən pul yığıldığını vurğulayıb.
"Əziz muğam sevər xalqımız, bizdə (ansabl olaraq) olan məlumata görə, bəzi "insan"lar konsertimiz öncəsi bizim adımızdan istifadə edib, guya "konsertə dəstək məqsədi ilə" müəyyən şəxslərdən pul qoparırlar. Belə "insan"lara inanmamağı xahiş edirik" deyə, müraciətdə yazılıb.
Qeyd edək ki, K.Xasiyeva iyunun 5-də Heydər Əliyev Sarayında "Ana" adlı solo konsert verməyə hazırlaşır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin