3 əcnəbi metronun deposunda əmlaka ziyan vurdu

14:12 - 30 Mart 2024

3 əcnəbi metronun deposunda əmlaka ziyan vurdu

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

 

Bu barədə Manset.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zelandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar:

"Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq".


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin