“Taliban”dan məktəbli qızlarla bağlı vəd

14:13 - 16 Oktyabr 2021 - DÜNYA

“Taliban” hərəkatı Əfqanıstanda qızlara orta məktəbdə təhsil almağa tezliklə icazə verəcəyini vəd edir.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Unicef təşkilatının icraçı direktorunun müavini Omar Abdi BMT-nin Baş qərargahında açıqlayıb.

““Taliban” hökumətinin təhsil nazirinin sözlərinə görə, “talibançılar” hazırda qızlara 6-cı sinifdən sonra təhsilini davam etdirməyə imkan verən prinsiplər üzərində çalışır. Sözügedən prinsiplər isə 1-2 ay ərzində dərc ediləcək”, - deyə Omar Abdi qeyd edib.

Abdi həmçinin bildirib ki, Əfqanıstanın 34 vilayətindən 5-i artıq qızlara orta məktəbə getməyə icazə verib. Bunlar Balx, Cauzcan, Samanqan, Qunduz və Uruzqan vilayətləridir.


Loading...

Xəbər xətti

30 Noyabr 2021