“Arif Babayev elçiliyimdə “hə”mi verib” - FOTOLAR

19:28 - 29 Mart 2024

“Arif Babayev elçiliyimdə “hə”mi verib” - FOTOLAR

Müğənni Gülay Zeynallı Xalq artist Arif Babayevlə bağlı diqqətçəkən paylaşım edib. 

 

Manset.az  bizim.media-ya istinadən xəbər verir ki, ustad sənətkarı ziyarət etmək üçün onun evinə gedən Gülay müəllimi ilə çəkilən fotoları sosial şəbəkə hesabında yayımlayıb. 

G. Zeynallı A.Babayevin onun həm şəxsi həyatında, həm də sənət yolunda böyük rol oynadığını bildirib: 

"Arif müəllim 8 il Asəf Zeynallı adına Milli Kollec və Milli Konservatoriyada ustadım olub. O, elçiliyimdə "Hə"mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdür. Bu gün doyunca dedik, güldük, Gültəkin xalamın (Arif Babayevin həyat yoldaşı - red.) aşından yedik. Allah sizə can sağlığı versin, Arif müəllim. Mən sizi çox istəyirəm". 



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin