Bakıda 1-ci sinif şagirdi koronavirusdan vəfat etdi

14:00 - 16 Oktyabr 2021

Bakıda 1-ci sinif şagirdi koronavirusdan vəfat etdi

Bakıda 1-ci sinifdə oxuyan 6 yaşlı uşaq koronavirusdan ölüb.

Manşet.az xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmin məktəbin direktor əvəzedicisi  bildirib ki, şagird sentyabrın 22-dən 29-dək dərslərdə iştirak edib: "Daha sonra uşağın anası məktəblə əlaqə saxlayaraq övladının COVID-19 virusuna yoluxduğunu və müalicə edildiyini bildirib.

Lakin məktəbə xəstəliklə bağlı hələ də sənəd və ya digər rəsmi məlumat təqdim edilməyib. Azyaşlının nənəsi isə nəvəsində digər yan xəstəliyin olduğunu və bu səbəbdən də səhhətinin ağırlaşaraq vəfat etdiyini bildirib. O da məlum olub ki, azyaşlının ailə üzvlərinin hamısı sentyabrın sonlarında koronavirusa yoluxub".
 
(publika.az)


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin