Baş nazirdən Füzuli Hava Limanı ilə bağlı QƏRAR

12:14 - 16 Oktyabr 2021

Baş nazirdən Füzuli Hava Limanı ilə bağlı QƏRAR

Füzuli Hava Limanına beynəlxalq status verilib.

 

Manset.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib.

Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərilsin.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin