“Metro-City”dəki yanğına görə daha bir küçəyə nəqliyyatın girişinə məhdudiyyət qoyuldu

10:02 - 16 Oktyabr 2021

“Metro-City”dəki yanğına görə daha bir küçəyə nəqliyyatın girişinə məhdudiyyət qoyuldu

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunub.

Bu barədə Manset.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün səhər saatlarından Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin