Ticarət mərkəzindəki yanğına görə ətrafda yaşayan sakinlər təxliyə edilir

09:59 - 16 Oktyabr 2021

Ticarət mərkəzindəki yanğına görə ətrafda yaşayan sakinlər təxliyə edilir

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.

Manset.az xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəlib. 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin