Cavanşir lüks avtomobilini efirdə satışa çıxardı - Motoruna nəsə olsa... - FOTO

23:11 - 27 Mart 2024

Cavanşir lüks avtomobilini efirdə satışa çıxardı - Motoruna nəsə olsa... - FOTO

Əməkdar artist Cavanşir Məmmədov avtomobilini efirdə satışa çıxarıb. 

 

Manset.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Rəngarəng səhər" verilişində danışıb. Obildirib ki, 1986-ci ilin "Rolls Royce" markalı retro maşınını satır:

"90 min manata satıram. Bu avtomobil 4600 kilometr yol gedib. Demək olar ki, təzədir. Öz adımdan da bu avtomobilin motoruna 1 il sığorta verirəm. Motoruna nəsə olsa özüm düzəltdirəcəyəm. Avtomobil ilə toylara getmirəm. Bu maşınla Məhərrəmlik və Ramazan aylarında nəvəmlə şəhərdə gəzirik. Əgər bu avtomobili efir vasitəsi ilə siz sata bilsəniz, sizə də pul verəcəyəm. Bu maşının qiymətini sosial şəbəkələrdə şişirdib 250 min manat kimi qələmə verirlər. İstəyən zəng vursun. Avtomobilin salonu isə ağ rəngdə dəri işləməlidir".



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin