Qaxda elektron qolbaq daşıyan şəxs yetkinlik yaşına çatmayan qızla birləşdi - İnanılmaz əməl törətdi (FOTOLAR)

03:44 - 16 Oktyabr 2021

Qaxda elektron qolbaq daşıyan şəxs yetkinlik yaşına çatmayan qızla birləşdi - İnanılmaz əməl törətdi (FOTOLAR)

Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən pul, tütün məmulatları və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən Xaçmaz rayon sakini İsa Kərimov və Qax şəhər sakini olan yetkinlik yaşına çatmayan qız saxlanılıb. Onlarla əlbir olan digər iki nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı həmin şəxslərin Qax şəhəri ərazisindəki evlərin birindən tir tüfəngi, eləcə də Bərdə, Xaçmaz və Zaqatala rayonlarında yerləşən mağazalardan, evlərdən pul və ərzaq məhsulları oğurladıqları da məlum olub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, digər iki nəfərin saxlanılması istiqamətində zəruri əməliyyat- istintaq tədbirləri davam etdirilir.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin