“Titanik”də Rouzun həyatını xilas edən ikonik qapı bu qiymətə satıldı

15:37 - 27 Mart 2024

“Titanik”də Rouzun həyatını xilas edən ikonik qapı bu qiymətə satıldı

“Titanik” filmində Rouzun həyatını xilas edən ikonik qapı hərracda satışa çıxarılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 718 min dollara satılan qapı, Harrison Fordun İndiana Cons personajının istifadə etdiyi qamçı və Insanity filmində Cek Nikolsonun baltası kimi digər ikonik əşyalardan sonra ən yüksək qiymətə satılan əşya olub.

Bundan əlavə, filmin final səhnəsində Keyt Uinsletin geyindiyi şifon donu 125 min dollara satılıb.

İllərdir Rouzun donaraq ölməsinə mane olan qapıya həm Cek, həm də Rouzun birlikdə sıxışa bilib-bilməyəcəkləri müzakirə mövzusu olmuşdu.

Keçən il filmin 25-ci ildönümündə rejissor Ceyms Kemeron bir qrup alim və kaskadyor tərəfindən sınaqlar keçirərək hər ikisinin qapının üstünə sığa biləcəyi qənaətinə gəlinmişdi.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin