Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
23:14 - 15 Oktyabr 2021
Bu gün İtaliyanın paytaxtı Pomanın mərkəzində növbəti COVID-19 sertifikatlarına qarşı növbəti etiraz nümayişi keçirilib.
Manşet.az “Rai News 24” telekanalına istinadən xəbər verir ki, hökumətin COVID-19 sertifikatları ilə bağlı qərarına qarşı keçirilən nümayişdə yüzlərlə etirazçı iştirak edib.
Qeyd edək ki, bu gündən qüvvəyə minən yeni qərara əsasən, dövlət və özəl müəssisələrdə peyvəndi təsdiqləyən COVID-19 sertifikatı olmayan işçilər hər 48 saatdan bir koronavirusa qarşı test verməyə məcbur edilir.
Qərara görə, sertifikatı olmayan şəxs test üçün məcburi şəkildə pul ödəməlidir. Çox nadir şirkətlərdə test pulsuz aparılır.
Yeni öhdəliyə görə, sertifikatı olmayan işçilər işə çıxmadıqda onların əməkhaqqılarından müəyyən məbləğdə vəsait tutulur.
Telekanalın bildirdiyinə görə, qərarın icrası ilə bağlı iş yerlərində narazılıqlar müşahidə edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin