ABŞ-dan ağır zərbə - SEPAH zabiti və iki komandir öldü

21:06 - 26 Mart 2024

ABŞ-dan ağır zərbə - SEPAH zabiti və iki komandir öldü

Xəbər verdiyimiz kimi, bu gün Suriyanın Deyr-əz-Zor əyalətinə hava zərbələri endirilib. "Al Mayadeen" telekanalının məlumatına görə, zərbə bir neçə nəfərin ölümünə səbəb olub.

 

Ölən və yaralananların dəqiq sayı məlum deyil. Kanal hücumun ABŞ tərəfindən həyata keçirildiyini bildirib.

Manset.az-ın xəbərinə görə, hücum barədə İranın Suriyadakı səfirliyi də məlumat yayıb.

Səfirlik də hücumun ABŞ tərəfindən edildiyini açıqlayıb.

Bildirilib ki, hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Bəhruz Vahidi ölüb.

“Əl-Hadat” kanalının məlumatına əsasən, zərbələr nəticəsində 2-si komandir olmaqla azı 9 hərbçi ölüb, ən azı 20 nəfər yaralanıb.

ABŞ hücumla bağlı hələlik heç bir məlumat açıqlamayıb.



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin