Yaponiyada aşkarlanan Yezo virusu yayılır

22:17 - 15 Oktyabr 2021

Yaponiyada aşkarlanan Yezo virusu yayılır

Yaponiya alimləri insanlara yoluxan və xəstəliyə səbəb olan, əvvəllər bilinməyən bir virus aşkar ediblər. Yezovirus adlı bu yeni virus qanda laxtalanma və ağ qan hüceyrələrinin azalması və qızdırma ilə özünü göstərən bir xəstəliyə səbəb olur.

Manşet.az xəbər verir ki, Hokkaido Universitetinin tədqiqatçıları və həmkarları tərəfindən edilən kəşf “Nature Communications” jurnalında nəşr olunub.

Testlər infeksiyanın gənənin daşıdığı viruslardan qaynaqlanığını göstərir.

Xəstələrin qan nümunələrinin genetik analizindən sonra yeni növ olan nairoviruslar sinfi aşkar edilib. Virusa Hokkaidonun tarixi adı olan Yezo adı verilib.

 aztibb.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin