Bakıda işıq festivalı keçirilir

21:02 - 15 Oktyabr 2021 - CƏMİYYƏT

"Nizami Gəncəvi İli” çərçivəsində bu gün "İşıq festivalı Nizami Gəncəvi” adlı audiovizual layihə həyata keçirilib.

Manşet.az xəbər verir ki, festival cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.

Nizami Gəncəvinin "Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında əks etdirilib. Bu isə Bakı şəhərində möhtəşəm bir mənzərənin yaranmasına səbəb olub.

 


Loading...

Xəbər xətti

30 Noyabr 2021