Ermənistan tərəfinin yaydığı məlumatlar YALANDIR

20:58 - 15 Oktyabr 2021

Ermənistan tərəfinin yaydığı məlumatlar YALANDIR

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Müdafiə Nazirliyindən Manşet.az-a verilən məlumata görə, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaqdır", - deyə Nazirlik qeyd edib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin