"Aİ-nin “mülki missiya”sı regional sülhə təhdiddir" - Aydın Hüseynov

18:52 - 24 Mart 2024

“Ermənistan parlamenti tərəfindən Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqının mülki missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməsi regionda kövrək sülhə təhdiddir. Rusiya uzun müddətdir ki, həm siyasi, həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən Ermənistanı idarə edir. 44 günlük müharibədən məğlub çıxan Ermənistan bütün bunların günahını Rusiyada gördüyü üçün bu ölkə ilə bütün əlaqələrini kəsmək fikrindədir. Amma bu, o qədər də asan məsələ deyil. Ona görə də Avropa İttifaqının, eyni zamanda ABŞ-ın bütün gücündən istifadə etmək qərarına gəlib. Təbii ki, Rusiya asan yem olmadığını sübut etmək üçün dirəniş göstərir, Ermənistandan getməyəcəyini hər addımında hiss etdirir. Ermənistan parlamentinin məhz indi razılaşmanı ratifikasiya etməsi, həm də aprelin 5 də keçiriləcək

 

Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü ilə bağlıdır”.

Manset.az xəbər verir ki,  bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Aydın Hüseynov qeyd edib ki, Aİ-nin mülki missiyası”nın fəaliyyəti bütünlüklə Azərbaycana qarşı yönəlib: “Qərbin, xüsusilə Fransanın təhlükəsizlik qarantiyası adı altınsa Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi isifadə olunması Cənubi Qafqzda sülhə, sabitliyə və təhlükəsizliyə təhdiddir. Qərb ölkələri Ermənistanın timsalında Cənubi Qafqaza yerləşmək, yeni  nüfuz dairəsi yaratmaq niyyətindədir. Bu isə regionda yeni müharibələrin və qarşıdurmaların baş verməsi deməkdir. Çünki, Qərbin istəyi barıt çəlləyini xatırladan regiondur. Bu məsələdə İran və Rusiya da təhdid altına düşür. Rusiya Ermənistanda hər addımda mövcudluğunu göstərsə də, İranın cəhdləri heç bir nəticə vermir. Əvəzində Qərbin uzunmüddətli sanksiyalarından əziyyət çəkən Tehran Ermənistandan da təhdid olunur. Bu gün Azərbaycan-Ermənistan şərti sərhədində Avropa İttifaqının mülki missiyası adı altında təxribat-provakasiya maşınının olması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olur. Bu gün keçmiş kəşfiyyatçılardan olan bir qurumun orada olması Ermənistanın növbəti təxribatını körükləyir. Bu baxından, Avropa İttifaqının ədalət və səmimiyyət hissini itirən siyasətçiləri Azərbaycanın əleyhinə danışmaqla məşğul olurlar və hadisələri obyektiv qiymətləndirmirlər. Bu, əlbəttə ki, ənənəvi Qərb riyakarlığı və ikiüzlülüyünün göstəricisidir. Avropa İttifaqının mülki missiyasının mövcudluğu fonunda Ermənistanın təxribatlar törətməsi hər kəsə məlumdur. Bu gün erməni cəmiyyətini narahat edən ən ağrılı məsələ artıq Aİ missiyasının da kölgəsinə sığına bilməmələridir. Bir növ həmin cəmiyyətin bu missiya ilə bağlı ümidləri tamamilə puç olub. Halbuki, ermənilər elə hesab edirdilər ki, Aİ missiyası Ermənistanda peyda olmaqla bir növ hər şeydən sığortalanacaqlar və bundan sonra da onların çətiri altında kölgələnərək ağıllarına gələni edəcəklər. Aİ missiyası belə Azərbaycanı öz haqq işindən döndərməkdə, öz haqq yolundan yayındırmaqda acizdir. Bu gün ermənilər Aİ missiyasını dəvət etdiklərinə görə çox peşman olublar”.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin