Sabahdan yeni marşrut açılır: Qiyməti...
18 Noyabr 2024
19:07 - 15 Oktyabr 2021
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı sonrası mediaya açıqlamalar verib.
Manşet.az xəbər verir ki, dövlət başçısı Avropanın qaz təchizatında yaranmış problemlər fonunda Azərbaycanla Türkiyə arasındakı mavi enerji anlaşmasını yada salıb.
Ərdoğan ölkələrimiz tərəfindən birgə reallaşdırılan TANAP layihəsini qeyd edərək məhz bu, eləcə də Rusiya və İranla imzalanan qaz nəqli müqavilələrinin nəticəsində Türkiyənin enerji böhranından sığortalandığını bəyan edib.
Prezident TANAP tipli sazişlərin həm də əvvəlcədən düşünülmüş antiböhran tədbiri olduğunu bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin