Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA

14:35 - 22 Mart 2024

Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA

Hazırda ölkədə müqəddəs Ramazan ayı davam edir. Bununla bərabər Novruz bayramı ilə əlaqədar tətil günləri də Ramazan ayına təsadüf edir. Tətillə əlaqədər insanlar rayonlara səfər edir. Bəs rayonlara səfər zamanı insanlar oruc tuta bilərmi?

 

Manset.az məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini , Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənlidən açıqlama alıb.

O açıqlamasında uzaq yola çıxanların orucunun batil olduğunu bildirib.

“20-25 km-dən artıq uzaq məsəfəyə gedənlərin orucları batil olur. Əgər gedəcəkləri yer qısa məsafəyədirsə, gedib-gəlib orucunu davam etdirə bilərlər. Amma uzaq məsafəyə gedirsə, bu artıq orucun batil olmağı deməkdir".

"Əgər uzaq məsafəyə səfər etsə belə şəxs özü istəmirsə, bu zaman orucunu açmaya da bilər. Bu günah sayılmır. Amma narahat olursa, açmalıdır. Digər tərəfdən kimsə əgər evdə oturub gün ərzində harasa getməyi planlaşdırırsa, oruc tutmuyum bu artıq günah hesab olunur.

"Çünki sən artıq səfərdə olduğun zaman orucu poza bilərsən. Nəzərdə tutduğun səfərə görə orucu poza bilməzsən”.

 

Manşet.az

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin