Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
17:55 - 15 Oktyabr 2021
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Ghebreyesus Afrikadakı əhalinin yalnız 7%-nin vaksin olunduğuna diqqət edərək, digər ölkələrdə 3-cü doza gücləndirici peyvəndlərin yayılmasının ədalətsiz və düşüncəsiz olduğu üçün dərhal dayandırılmasını tələb edib.
Manşet.az sfera.az-a istinadən xəbər verir ki, verdiyi açıqlamada Ghebreyesus bir çox ölkənin "Delta" variantına qarşı peyvənd edilməsi qərarını sərt şəkildə tənqid edib:
"Düşünürəm ki, ədalətsiz bir qərardır və bu qərarın dərhal dayandırılmasını istəyirəm. Gücləndiricilərin işə salınması həqiqətən də qlobal bir cəmiyyət olaraq edə biləcəyimiz ən pis şeydir. İstehsal gücü olmayan bir qitəyə göz yumaraq pandemiyanı dayandıra bilmərik" - deyə bildirib.
Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı immun çatışmazlığı olan insanlar üçün əlavə bir peyvənd dozası tövsiyə edib, lakin dünyanın bir çox yerində birinci mərhələli koronavirus peyvəndləri peyvənd olunana qədər gücləndirici peyvəndlərin geniş yayılmasına qarşı çıxıb.
Qeyd edək ki, Ghebreyesus Cənubi Amerika, Şimali Amerika, Avropa, Asiya və Okeaniyanın hamısının əhalisinin 50%-dən çoxuna vaksinin tək dozunu verdiyini, Afrika əhalisinin yalnız 7%-nin bir doz aldığını söyləyib. Sentyabr ayında ABŞ Qida və Dərman İdarəsi (FDA) müəyyən insanlar üçün "Pfizer" peyvəndinin gücləndirici dozalarını təsdiqləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin