"Neftçi" - "Dinamo" oyununun saatı açıqlandı

18:48 - 23 İyun 2021

“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə keçirəcəyi cavab matçının vaxtını açıqlayıb.

Manset.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyulun 14-də “Bakcell Arena”da təşkil olunacaq görüş saat 21:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin