"Şeytan gəldi" - 7 yaşlı Fəridi öldürən məşqçinin son sözü - VİDEO

16:08 - 19 Mart 2024

Xəbər verdiyimiz kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məşq zamanı yeddi yaşlı Fərid Bakarovu öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə M. Xəlilov 19 il azadlıqdan məhrum edilib.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda təqsirləndirilən müttəhim Mehman Xəlilov son sözü deyib.

M.Xəlilov son sözündə azyaşlını qəsdən öldürmədiyini bildirib:

“Mənim o, uşağa qarşı nə qərəzim ola bilərdi? Mən onu bilərəkdən öldürməmişəm. Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kameralar altında adam öldürər? Bu hadisə istəmədən başıma gəlib. Bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi. Məlum video sosial şəbəkələrdə yayıldı deyə belə oldu”.

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin