Bu şəxslərin maaşı 1000 manat OLACAQ

13:48 - 18 Mart 2024

Bu şəxslərin maaşı 1000 manat OLACAQ

2024-cü ilin fevralın 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq əməkhaqqı 1000 manatı keçən sahələrin sayı 9-a yüksəlib. 


 

Manset.az xəbər verir ki, ötən ilin fevralın 1-də yeddi fəaliyyət növündə orta maaş 1000 manatı ötürdü. 

Bunlar mədənçıxarma sənayesi (orta maaş 3 000 manat), maliyyə və sığorta fəaliyyəti (2 040 manat), informasiya və rabitə (1 440 manat), peşə, elmi və texniki fəaliyyət (1 365 manat), nəqliyyat və anbar təsərrüfatı (1 199 manat), dövlət idarəetməsi və müdafiə; sosial təminat (1 090 manat), tikinti (1 020 manat) sahələri idi. 

Bu ilin fevralın əvvəlində daha 2 sahədə maaşlar 1000 manatı ötüb. Maaşı 1000 manatı ötən sahələr siyahısına elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı  (1 052 manat), digər sahələrdə xidmətlərin göstərilməsi (1 034 manat) sahələri də daxil olub. 

Ümumilikdə, ölkə üzrə fəaliyyət növlərində orta əməkhaqqının bu il 1000 manata çatması gözlənir. Bu ehtimal daxilində daha bir sahədə - daşınmaz əmlakla əlaqədar əməliyyatlarda orta maaş səviyyəsinin 1000 manata çatması real görünür. 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin