Bakıda metro yaxınlığında kütləvi dava - Bıçaqlanan var

07:44 - 15 Oktyabr 2021

Bakıda metro yaxınlığında kütləvi dava - Bıçaqlanan var

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Bədəlov Əlimurad Əlövsət oğlu bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin