İmtahandan 2 nəfər xaric edildi - DİM

17:12 - 17 Mart 2024

İmtahandan 2 nəfər xaric edildi - DİM

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

 

Bu barədə Manset.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin