Bu gün Şəhid olan əsgərimizin hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış

22:07 - 14 Oktyabr 2021

Bu gün Şəhid olan əsgərimizin hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış

Xəbər verdiyimiz kimi, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhman oğlu Goranboy rayon Borsunlu kəndindəndir.

Manşet.az xəbər verir ki, Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Bəhman oğlu Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış.

O, ailənin tək oğlu olub.

Allah rəhmət eləsin!

sfera.az


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin