“Qarabağ”da ciddi itki - "Lion”la matçda olmayacaq
21 Noyabr 2024
10:38 - 1 Mart 2024
Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdən biridir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və məlumat azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə uğurlu inkişaf etdiyini göstərir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Azərbaycan mətbuatı milli və bəşəri dəyərləri rəhbər tutaraq demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza müstəsna xidmətlər göstərir.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən media eksperti Fərid Şahbazlı bildirib ki, ölkədə fikir və söz azadlığının, plüralizmin qorunması üçün hamıdan əvvəl üzərinə məsuliyyət düşən yenə də jurnalistlər və jurnalist təşkilatlarıdır.
Media ekspertinin sözlərinə görə, bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da söz və fikir azadlığı demokratiyanın ən ana şərtlərindən biridir:
“Azad mətbuatın yaradılması və mətbuatın fəaliyyətinin daha da stimullaşdırılması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda mətbuat üzərində senzuranın ləvğ edilməsi, o zaman ağır iqtisadi şərtlər altında əzilən qəzetlərin, nəşriyyat ocaqlarının azad edilərək yenidən mətbu həyata qayıtması və bir sıra digər addımlar atılmışdı. Amma, əlbəttəki, dünyanın heç bir yerində mətbuat haqqında danışarkən onun 100-% təmin olunduğu haqqında fikir söyləmək doğru olmaz və bu obyektivlikdən kənar olar. Bu gün bizim ölkəmizdə də şübhəsiz ki, azad fikrin formalaşması, mətbuatın fəaliyyətinin azad və rahat şəkildə təmin olunması üçün ciddi bir siyasi iradə var. Ölkə başçısı Cənab Prezident hər dəfə çıxışlarında açıq şəkildə bəyan edir ki, mən mediaya həm də bir alternativ informasiya mənbəyi kimi baxıram və mənə çatdırılmayan bir çox məlumatları media vasitəsilə öyrənirəm. Bu mətbuatın fəaliyyətinə, həmçinin, mətbuatın cəmiyyətin, dövlətin həyatındakı roluna göstərilən böyük bir diqqət və onun roluun daha aydın şəkildə ortaya çıxaran bir açıqlamadı.
Azərbaycanda həm jurnalistlərin özünü tənzimləmə qurumu Mətbuat Şurası, həm də dövlət tərəfindən yaradılan Medianın İnkişafı Agentliyi mövcuddur. Bu qurumların hər biri mətbuatda söz və fikir azadlığının qorunması, fikir plüralizminin inkişafı üçün əlindən gələn addımları atırlar. Amma yenə də Azərbaycanda mətbuat azadlığı sahəsində bütün fəaliyyətin tam istədiyimiz formada olduğunu deyə bilmirik. Hələ bu gün də jurnalistlərimizin informasiya əldə etməkdə ciddi iş çətinlikləri ortaya çıxır. Çünki bəzi dövlət qurumları müəyyən informasiyaları jurnalistlərdən gizlətməyə və ya onların sorğularına formal cavablar verməyə öyrəşiblər. Jurnalistikanın fəaliyyətindən, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etməsindən narahat olan müxtəlif məmurlar mövcuddur. Onlar zaman-zaman jurnalistlərə qarşı müxtəlif üsullarla, məhkəmələr və s. kimi vasitəsilərlə təzyiqlər həyata keçirirlər. Əlbəttə ki, bu mənada bizim hələ atacağımız addımlar çoxdur. Amma ən vacib məqam ondan ibarətdir ki, Azərbaycanda mətbuatın azad fəaliyyəti üçün ölkənin, dövlətin və onun rəhbərliyinin birbaşa ciddi bir siyasi iradəsi var. Bu çox vacib məsələdir. Hesab edirəm ki, siyasi iradənin mövcudluğu mətbuat xəttindəki digər problemlərin həllinə də ciddi bir töhfə verə biləcək”.
Fərid Şahbazlı vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin dəstəyi ilə Media Agentliyinin timsalında jurnalistlərin internet media məkanında ciddi bir rəqabət hiss olunmaqdadır:
“Çox təəssüf ki, ölkəmizdə reklam bazarı bir o qədər geniş deyil. Bu mediadan daha çox bisnes subyekti rəhbərlərinin özünün yanaşmasına və mediaya olan münasibətinə bağlı olan məsələdir. O baxımdan əlbəttəki, Medianın İnkişafı Agenliyi vasitəsilə Azərbaycan dövləti həm yazılı, həm internet, həm çap mediasının inkişafına verdiyi dəstək bu baxımdan çox dərəcə əhəmiyyətlidir. Xüsusilə də, biz Medianın İnkişafı Agentliyinin dəstəyi olmasa qəzetlərin çapının tam şəkildə dayana biləcək təhlükəsini dəfələrlə görmüşük. Eyni zamanda Medianmın İnkişafı Agentliyinin təşkil etdiyi müsabiqələrdə bir sıra öz imkanları ilə ayaqda duran, öz imkanları sayəsində ölkənin media məkanında özünə yer tutan saytların adlarını orda görürük. Bu da şübhəsiz ki, jurnalistika sahəsində gənc nəslin internet mediayasına yönləndirilməsini xüsusilə stimullaşdırır. Eyni zamanda jurnalistlərin fərdi qaydada jurnalist kimi peşə hazırlığının yüksəldilməsi məqsədilə çoxsaylı təlimlər keçirilir. Medianın İnkişafı Agentliyi milli və beynəlxalq mütəxəsislərin vasitəsilə jurnalistlərə müxtəlif seminarlar və konfranslar təşkil edir. Əlbəttə, bütün bu işlərin paralel həyata keçirilməsi bəlkə bu gün üçün olmasa da gələcəkdə mediada keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Amma reallıq ondan ibarətdir ki, bu gün azda olsa keyfiyyət dəyişikliyi görünməkdədir. Bundan əvvəl saytlar yalnız bir-birindən xəbərləri kopyalayırdılarsa artıq biz sayların öz istehsalı olan çoxsaylı yazıların şahidi oluruq. Eyni zamanda Media Agentliyi jurnalistlərin müxtəlif yaranmış məsələləri ilə bağlı öz mövqeyini ortaya qoyur. Həmçinin, internet media subyektlərinin fəaliyyətinin bir daha azad və müstəqil olmasında həm də iqtisadi vəziyyətinin rolu əhəmiyyətlidir. Bu məsələ ilə bağlı Media Agentliyinin təşəbbüsü ilə qanunda dəyişiklik edərək media subyektləri vergidən azad olunublar. Bütün bu addımlar hesab edirəm ki, nəticə etibarilə azad və müstəqil medianın fəaliyyətinə göstərilən dəstəkdir. Bütün bu uğurlarla yanaşı bəzi digər problemləri həm Media Agentliyi, həm Mətbuat Şurası, həm da jurnalistlər birlikdə əməkdaşlıq çərçivəsində həll etməyə çalışmalıdır”.
Fərid Şahbazlı qeyd edib ki, ümumilikdə Azərbaycanda istənilən jurnalist istənilən istənilən məsələ ilə bağlı fikirlərini tamamilə azad və müstəqil formada ifadə etmək imkanına malikdir:
“Ölkədə fikir plüralizminin mövcudluğu, eyni zamanda jurnalistlərin azad şəkildə özünü ifadə etməsi üçün ciddi bir siyasi iradə var. Bu siyasi iradə birbaşa ölkə başçısının səlahiyyətində olan bir siyasi irədədir. Bu gün Azərbaycanda hər kəs istənilən mövzuda istənilən araşdırma apara və yaza fikirlərini ortaya qoya bilər. Hansısa məmurla bağlı mövqeyini həm yazılı mediada, həç intenet mediasında, sosial şəbəkələr vasitəsilə həyata keçirə bilər. Bununla bağlı ölkəmizdə hər hansı bir dövlət səviyyəsində məhdudiyyətlər və təzyiqlərdən söhbət gedə bilməz. Əlbəttə, ara-sıra hansısa məqalələrə, yazılara hansısa məmurlar öz fəaliyyət formasında müxtəlif müdaxilələr təzyiqlər edə bilər. Bu zaman şübhəsiz ki, jurnalistlər öz hüquqlarını qorumaq üçün həm jurnalist təşkilatları, həm dövlətin müxtəlif qurumları ilə yaxından əməkdaşlıq etməlidir”.
Əfsanə Rəcəb
6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin