Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
19:42 - 14 Oktyabr 2021
Dünya birjalarında qızılın qiyməti artmaqda davam edir.
Manşet.az xəbər verir ki, bu gün səhər Frankfurt birjasında qızılın 1 Troya unsiyasının qiyməti qısa müddətdə təqribən 2 faiz artaraq 1796 ABŞ dollarına çatıb. Bu, son üç ayda maksimum göstəricidir. Xatırladaq ki, Troya unisiyası 31,1 qrama bərabərdir.
Ekspertlər qızılın qiymətinin artmasını əksər ölkələrdə dövlət istiqrazlarının cəlbediciliyinin azalması ilə əlaqələndirirlər. Həmin istiqrazların gəlirinin aşağı olması nəticəsində qiymətli metal investorlar üçün daha cəlbedici olur. Təhlükəsiz hesab edilən dövlət istiqrazları ilə müqayisədə qızıl daha etibarlı yığım vasitəsinə çevrilir. İnvestorlar qızılı yüksək inflyasiyadan müdafiə olunmaq üçün demək olar ki, zəmanətli vasitə hesab edirlər.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu G7 (Böyük Yeddilik) ölkələrində qiymətlərin spiralvarı dəyişəcəyi barədə xəbərdarlıq edib və mərkəzi bankları inflyasiyanın artmasını çox diqqətlə izləməyə çağırıb.
Almaniya Federativ Respublikası Avropa İttifaqında aparıcı iqtisadiyyata malik ölkə hesab edilir. Ölkənin, habelə Avropa Bankının əsas qızıl ehtiyatları Frankfurtda saxlanılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin